“Fitch” Azərbaycanın defolt reytinqini təsdiqləyib, proqnoz “Stabil”dir

“Fitch” Azərbaycanın defolt reytinqini təsdiqləyib, proqnoz “Stabil”dir
# 13 noyabr 2021 13:55 (UTC +04:00)

“Fitch Ratings” reytinq agentliyi Azərbaycanın emintentin uzunmüddətli və qısamüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib.

APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, proqnoz “Stabil”dir, reytinq Azərbaycanın güclü xarici balansı, aşağı dövlət borcu və Dövlət Neft Fondunun iri həcmli aktivlərindən irəli gələn güclü maliyyələşmə çevikliyi ilə dəstəklənir.

Bu amillərə qarşı isə zəif idarəetmə göstəriciləri və iqtisadi siyasətin, o cümlədən valyuta məzənnəsi rejiminin proqnozlaşdırıla bilinməməsi, bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan asılılıq dayanır.

"Fitch"ə görə, "Stabil" proqnoz büdcə göstəricilərin davamlılığının möhkəmlənməsi və Ermənistanla müharibəyə qayıtma riskinin azalması ilə bağlı gözləntiləri əks etdirir.

“Lakin qeyri-neft diversifikasiyasını sürətləndirmək üçün makroiqtisadi siyasət çərçivəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və ya struktur islahatlarının həyata keçirilməsi ilə bağlı məhdud perspektivlər də proqnozun bu səviyyədə olmasını şərtləndirir”, - “Fitch”in hesabatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR