"Fitch": Əfqanıstan iqtisadiyyatı bu il 10%-dək kiçiləcək

"Fitch": Əfqanıstan iqtisadiyyatı bu il 10%-dək kiçiləcək
# 02 sentyabr 2021 14:53 (UTC +04:00)

"Fitch Solutions" şirkəti "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkə iqtisadiyyatı üzrə builki proqnozunu 0,4% böyümədən 9,7% azalmaya dəyişib.

"APA-Economics"in "Fitch Solutions"a istinadən verdiyi məlumata görə, 2022-ci il üzrə ÜDM proqnozu isə 0,9%-lik böyümədən 5,2% kiçilməyə qədər endirilib.

Şirkət qeyd edir ki, ABŞ təhlükəsizlik qüvvələrinin ölkəni tərk etməsi və "Taliban"ın nəzarəti ələ keçirməsi Əfqanıstanda iqtisadi problemlərin kəskin şəkildə hiss ediləcəyi anlamına gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR