Gələn il büdcə xərclərinin 5 faizə qədəri səhiyyəyə ayrılacaq

Gələn il büdcə xərclərinin 5 faizə qədəri səhiyyəyə ayrılacaq
# 08 sentyabr 2021 20:55 (UTC +04:00)

Gələn il dövlət büdcəsinin xərclərinin 4,98 faizi səhiyyə xərclərinə ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Başqa sözlə, gələn il səhiyyə sahəsinə 1 milyard 443 milyon 373,1 min manat ayrılacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR