Gələn il üçün Hesablama Palatasının xərclər smetası məlum olub

Hesablama Palatası

© APA | Hesablama Palatası

# 03 dekabr 2021 12:18 (UTC +04:00)

Gələn il Hesablama Palatası aparatının (Hesablama Palatasının Naxçıvan MR üzrə idarəsi istisna olmaqla) xərclər smetası 10 085 531 manat olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu vəsaitin 9 154 866 manatı əməyin ödənişi üçün nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR