"Goldman Sachs" Çinin iqtisadi artımı üzrə proqnozunu endirib

"Goldman Sachs" Çinin iqtisadi artımı üzrə proqnozunu endirib
# 28 sentyabr 2021 15:17 (UTC +04:00)

Dünyanın ən böyük investisiya banklarından biri sayılan "Goldman Sachs"ın iqtisadçıları enerji istehlakına qoyulan məhdudiyyətlər fonunda 2021-ci ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını endirib.

"APA-Economics"in "Goldman Sachs"a istinadən verdiyi məlumata görə, bank mütəxəssisləri Çin iqtisadiyyatının əvvəlki ilə nisbətən 7,8% böyüyəcəyini düşünürlər. Halbuki əvvəlki proqnozda artım 8,2% təşkil edəcəyi gözlənilirdi.

Qeyd edək ki, Çinin ÜDM artımı ilə bağlı proqnozları Yaponiyanın "Nomura" bankı və "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən də endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR