Gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri ilə bağlı sadələşdirilmiş bəyannamənin yeni forması təsdiqlənib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 12 noyabr 2021 18:11 (UTC +04:00)

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir.

Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir dövrün tələblərinə uyğun olaraq fiziki şəxslər üzərində səmərəli gömrük nəzarətinin həyata keçirilməsi və onlar tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamənin daha dolğun və anlaşılan olması zərurətini yaradıb.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”na əsasən rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə gömrük sərhədindən keçirə bilərlər.

Bundan əlavə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bu Qaydaların 1 nömrəli əlavəsi - “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nda da dəyişiklik edilib.

Göstərilənləri nəzərə alaraq “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10 nömrəli əlavəsinin yeni formada tərtib olunmasına zərurət yaranıb.

Qərarın qəbulu gömrük sərhəd buraxılış məntəqələrində fiziki şəxslər üzərində gömrük nəzarətinin dəqiq aparılması ilə yanaşı, gömrük sərhəd buraxılış məntəqələrində daha səmərəli və effektiv gömrük işinin təşkilinə müsbət təsirini göstərəcək.

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na 10 nömrəli əlavə

Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən

sadələşdirilmiş bəyannamə

Bəyannamə yetkinlik yaşına çatmış şəxs tərəfindən doldurulur.

Müvafiq cavab uyğun damada "X" ilə işarə olunur.

1.

Şəxsə dair məlumatlar

2.

Bəyan olunan mallar

1.1.

Adı

2.1.

Müəyyən edilmiş hədlərdən artıq keçirilən mallar *

bəli

xeyr

1.2.

Soyadı

2.2.

Müşayiət olunmayan baqajda və ya

daşıyıcı şirkət vasitəsilə keçirilən mallar

bəli

xeyr

1.3.

Atasının adı

2.3.

Müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar *

bəli

xeyr

1.4.

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi

2.4.

Müəyyən edilmiş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar *

bəli

xeyr

1.5.

Vətəndaşlığı

1.6.

Gəldiyi və ya getdiyi ölkə

2.5.

10 000 (on min) ABŞ dolları

ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar

bəli

xeyr

1.7.

Məlumatlar yetkinlik

yaşına çatan şəxsə aiddir

bəli

xeyr

2.6.

20 000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli

valyutada ifadə olunmuş qiymətli kağızlar

bəli

xeyr

Yetkinlik yaşına çatmayan şəxsə dair malları bəyan edən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi

2.7.

Nominal məbləğindən asılı olmayaraq milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanları

bəli

xeyr

Giriş

Çıxış

2.8.

Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video

materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materialları

bəli

xeyr

2.9.

Xidməti və mülki silah, həmçinin onun

bəli

xeyr

döyüş sursatları

Avtonəqliyyat

Hava

2.10.

Kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri

bəli

xeyr

Keçirilmə xüsusiyyəti

Dəmir yolu

Poçt

2.11.

Gömrük sərhədindən keçirilməsinə görə lisenziya, icazə sənədi tələb olunan digər mallar

bəli

xeyr

2.12.

Ölkə ərazisinə gətirilən mobil telefon və

bəli

xeyr

digər simsiz rabitə avadanlıqları

Dəniz

Piyada

2.13.

Avtonəqliyyat vasitələri

bəli

tranzit

xeyr

Sıra

№-si

Bənd üzrə

Mallar (valyutanın növü) barədə məlumat

Ölçü vahidi

Ümumi

miqdarı

Qanunvericiliklə tələb olunan hallarda lisenziya, icazə sənədinə dair məlumatlar

Müvəqqəti qalma müddəti **

Malın gömrük dəyəri ***

Ümumi gömrük dəyəri

3. Bəyannamədə qeyd olunan məlumatların düzgünlüyünə və tamlığına görə cavabdehlik daşıyıram.

" " 20 il Bəyan edən şəxsin imzası

Gömrük əməkdaşının xidməti qeydi

M.Y.

(imza)

* 2.1-ci, 2.3-cü və 2.4-cü bəndlərdə qeyd olunan hədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndi ilə müəyyən olunur.

** Mallar gömrük ərazisinə müvəqqəti gətirildikdə və ya gömrük ərazisindən müvəqqəti aparıldıqda, onların müvəqqəti qalma müddəti göstərilir.

*** Gömrük dəyəri dedikdə, malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302-ci maddəsinə uyğun olaraq bəyan edilən dəyəri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR