Gümüşün qiyməti bu ilin ən aşağı səviyyəsinə enib

Gümüşün qiyməti bu ilin ən aşağı səviyyəsinə enib
# 23 avqust 2021 15:18 (UTC +04:00)

Bu gün Azərbaycanda gümüşün qiyməti bir unsiyaya görə 39,4421 manat təşkil edib ki, bu da cari ildə və ötən ilin dekabrın 1-dən bəri qeydə alınmış ən aşağı göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti mayın 18-də olub – 48,3907 manat.

Həmin tarixindən bəri gümüşün dəyəri 18,5% azalıb.

Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün bir unsiyası 23,43 ABŞ dollarına (39,83 manat) ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR