Gürcüstanın Azərbaycanla xarici ticarətdə müsbət saldosu yaranıb

Gürcüstanın Azərbaycanla xarici ticarətdə müsbət saldosu yaranıb
# 19 avqust 2021 11:14 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 586 889,8 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,17 % və ya 49 341.1 min dollar çoxdur.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 291 548,7 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 1,8 % azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 5,6%-ni təşkil edib. Yanvar-iyul aylarında Gürcüstanın Azərbaycana ixracı isə 295 341,1 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 22,7% çoxdur.

Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13%-ni təşkil edib. Nəticədə, Gürcüstanın 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanla ticarət dövriyyəsində 3 792,4 min dollarlıq müsbət saldosu yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR