Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrasına rəy verib

Hesablama Palatasının inzibati binası

© APA | Hesablama Palatasının inzibati binası

# 19 may 2021 16:59 (UTC +04:00)

Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb, nəticə və tövsiyələr verilib.

Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR