Hesablama Palatası: "Büdcə zərfi"nin şəffaflığını təmin etmək üçün qanunvericiliyə dəyişikliklər edilməlidir

Hesablama Palatası: "Büdcə zərfi"nin şəffaflığını təmin etmək üçün qanunvericiliyə dəyişikliklər edilməlidir
# 11 noyabr 2021 10:12 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası "Büdcə zərfi"nin məlumatlılığının artırılması, şəffaflığın təmin edilməsi istiqamətində addımların atılmasının davam etməsinin vacibliyini vurğulayır və qanunvericilikdə bu istiqamətdə dəyişikliklərin zəruriliyini qeyd edir.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirilir.

Qeyd edilir ki, sözügedən dəyişikliklərin zərüriyyəti bəzi əlavə məlumatların "Büdcə zərfi"nə daxil edilməsini müsbət qiymətləndirməklə yanaşı, büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılmasının müəyyən edildiyini diqqətə alaraq, habelə beynəlxalq mütərəqqi təcrübəyə və dövlətin maliyyə inzibatçılığının qiymətləndirilməsi üçün istifadə edilən metodologiyaya əsaslanır.

"Həm fiskal diaqnostika alətlərindən, həm də müxtəlif ölkələrin büdcə qanunvericiliyindən və mövcud təcrübələrindən yararlanmaqla büdcə sənədləşməsinə dair təhlilin aparılması ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və büdcə layihəsi üzrə qərarların effektivliyinin artırılması üçün dövlət büdcəsi ilə birlikdə təqdim edilən sənədlərin çeşidi və faydalılığının artırılması, müvafiq məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini göstərir", - deyə rəydə deyilir.

Beləliklə, Hesablama Palatası müxtəlif ölkələrin, o cümlədən yuxarıda göstərilmiş ölkələrin və diaqnostik alətlərin tələbləri əsas götürülməklə, "Büdcə zərfi"nin əlçatanlığı və məlumatların çeşidinin artırılması məqsədilə atılan addımların davam etməsinin vacibliyini bildirməklə dövlət büdcəsinin layihəsi və onunla birlikdə təqdim edilən sənədlərə əlavələr edilməsinin məqsədəuyğunluğunu və müvafiq məlumatların "Büdcə zərfi"nə daxil edilməsi məqsədilə müvafiq sənədlərin siyahısını tənzimləyən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci və 16-cı maddəsində dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edir. Hesablama Palatasının müvafiq məsələyə dair təklifləri "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi ilə bağlı layihə şəklində Rəyin "Tövsiyələr" bölməsinin 6-cı bəndində əks etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR