Hesablama Palatası: Dövlət proqramlarının maliyyələşməsi ilə bağlı məlumatlar azaldılıb

Hesablama Palatası: Dövlət proqramlarının maliyyələşməsi ilə bağlı məlumatlar azaldılıb
# 11 noyabr 2021 11:51 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası 2022-ci ilin "Büdcə zərfi"ndə dövlət proqramlarının maliyyə təminatı ilə bağlı məlumatlılığın azaldıldığı və bəzi məlumatların müvafiq sənədlərdə əks etdirilmədiyi qənaətindədir.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirilir.

Rəydə qeyd edilir ki, "Büdcə zərfi"ndə büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi “dövlətin əsas funksiyalarının həyata keçirilməsi” istiqamətinin tərkibində prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsinin müəyyən edilməsi və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərin dövlət büdcəsinin xərclərində üstünlük təşkil edəcəyinin göstərilməsi fonunda dövlət proqramları üzrə məlumat əvvəlki ilə nisbətən daha səthi təqdim olunub.

"Belə ki, müvafiq istiqamət üzrə xərclərin ümumi məbləği barədə məlumat verilməmiş, yalnız "Səhiyyə" bölməsi üzrə 2022-ci ildə maliyyələşdirilməsi nəzərdə tutulmuş proqram və məqsədli tədbirlərlə bağlı məlumat əvvəlki illə müqayisəli şəkildə ayrıca əks etdirilmiş, bununla yanaşı dövlət büdcəsinin layihəsi və onunla birlikdə təqdim edilən sənədlərdə yalnız 5 dövlət proqramı üzrə növbəti il üçün proqnozlaşdırılmış məbləğlər qeyd edilib", - rəydə bildirilir.

Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində məqsədli proqramlara ayrılmış vəsaitlərə dair məlumatın ayrıca sənəd olaraq təqdim edilməsi ilə bağlı tələb müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR