Hesablama Palatasının sədri: “Fiskal dayanıqlılıq təkcə neft sahəsini əhatə etməməlidir”

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 10 noyabr 2021 12:31 (UTC +04:00)

“Fiskal dayanıqlılıqla bağlı proqnozlar büdcə zərfinə daxil olan sənədlərdə tam şəkildə öz əksini tapmayıb. Fiskal dayanıqlılıq təkcə neft sahəsini əhatə etməməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V. Gülməmmədov bildirib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illərdən çox proqnozlaşdırılıb: “Potensiala yenidən baxılmasının zəruriliyi Hesablama Palatasının rəyində qeyd edilib. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və digər dəyişiklikləri nəzərə alaraq, vergi və gömrük daxilolmalarında risklərin olmayacağı qənaətindəyik. Hesablama Palatası tərəfindən aparılan təhlillərdə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən xərclər dəstəklənib. 2022-ci ilin dövlət büdcə xərclərini xarakterizə edən növbəti meyl əməyin ödənişi bölməsinin ən böyük göstərici olaraq proqnozlaşdırılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR