Hesablama Palatasının sədri Qazaxıstan AAQ-ın onlayn konfransında iştirak edib

Hesablama Palatasının sədri Qazaxıstan AAQ-ın onlayn konfransında iştirak edib

© APA | Vüqar Gülməmmədov, Qazaxıstan AAQ-ın onlayn konfransı

# 10 sentyabr 2021 22:30 (UTC +04:00)

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin iyirmi beş illik yubiley tədbirinə həsr olunmuş “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusunda konfransda iştirak edib.

Hesablama Palatasından APA-ya verilən məlumata görə, onlayn rejimdə keçirilən konfransda 22 ölkənin Ali Audit Qurumu (AAQ) rəhbərləri və nümayəndələri ilə yanaşı Qazaxıstan Respublikasının Prezident Administrasiyasının, Qazaxıstan Respublikası Hökumətinin, eləcə də INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI, Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qazaxıstan AAQ-ının sədri Nataliya Qodunova açaraq iştirakçıları salamlamış və rəhbərlik etdiyi təşkilatın əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov həmkarını bu mühüm gün münasibəti ilə təbrik edib, iki ölkənin AAQ-ları arasında mövcud olan sıx işgüzar münasibətləri və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırıb.

Elmi-praktik konfrans “Müasir reallıqlar şəraitində dövlət auditi sistemi” mövzusu çərçivəsində aktual olan altmövzular üzrə davam etdirilib və Hesablama Palatasının Auditoru Cavid Bayramov “Fövqəladə hallar və Covid-19 çağırışlarının auditində AAQ-ların rolu” alt-mövzusu ətrafında məruzə ilə çıxış edib.

Tədbir iştirakçılar arasında geniş müzakirələr və həmkar AAQ-a növbəti illərdə fəaliyyətində yeni nailiyyət arzuları ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR