Honkonqda Asiyanın ən bahalı mənzili satılıb

"Mount Nicholson" yaşayış kompleksi

© APA | "Mount Nicholson" yaşayış kompleksi

# 10 noyabr 2021 09:57 (UTC +04:00)

Asiyada ən bahalı apartament Honkonqda 82 mln. ABŞ dollara satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "South China Morning Post" xəbər verir.

Söhbət milyarderlərin məskunlaşmağa üstünlük verdiyi "Mount Nicholson" yeni yaşayış kompleksində dəbdəbəli daşınmaz əmlakdan gedir. Razılaşmaya daxil olan üç parkinq yeri də daxil olmaqla mənzilin hər kvadrat futu (0,09 kv. metr) alıcıya 18 min dollara başa gəlib ki, bu da Asiya regionunda rekord qiymət sayılır.

Bundan əlavə, adı açıqlanmayan eyni investor həmin kompleksdə 72 mln. dollara daha bir mənzilə sahib olub.

Rieltorların sözlərinə görə, Honkonqda dəbdəbəli daşınmaz əmlaka tələbat pandemiyanın əvvəlindən qapalı olan materik Çinlə quru sərhədinin dekabrın ortalarından etibarən səyahətlər üçün tədricən açılması planları barədə xəbərlərdən dərhal sonra yenidən artmağa başlayıb.

Qeyd edək ki, bu yay eyni yaşayış kompleksində avtomobil üçün dünyanın ən bahalı park yeri 1,3 mln. dollara satılıb.

Honkonqun kommersiya daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarı hesab olunur. Rieltorlar mənzillərin, ofislərin və pərakəndə satış sahələrinin astronomik qiymətlərini bazarda yüksək tələbatla, o cümlədən materik Çindən olan investorlar tərəfindən pulsuz torpaq və təklifin olmaması ilə izah edirlər. Keçən həftə Honkonqun mərkəzində bir torpaq sahəsi dövlət hərracında rekord qiymətə – 6,5 mlrd. dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR