İcbari sığorta xidmətləri üzrə mobil əlavə yaradılacaq

İcbari sığorta xidmətləri üzrə mobil əlavə yaradılacaq
# 30 noyabr 2021 10:20 (UTC +04:00)

Vətəndaşların icbari sığorta xidmətlərini əldə etməsi üçün mobil əlavə yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar sözügedən əlavə vasitəsilə icbari sığorta xidmətlərinə çıxışı yaranacaq və qanunvericilik çərçivəsində icbari sığorta xidmətlərinə çıxış əldə edə biləcəklər.

V. Qurbanov qeyd edib ki, mobil əlavə vasitəsilə yalnız icbari sığorta xidmətlərin əldə etmək olacaq, lakin gələcəkdə digər növlərin də əlavə olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR