Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş rayon Mərkəzi Xəstəxanasında audit aparır.
Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
V. Gülməmmədov bildirib ki, yoxlamaların bu ay bitməsi nəzərdə tutulub: “İcbari tibbi sığorta ilk olaraq pilot layihəsi kimi Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilib. Biz Ağdaş rayon Mərkəzi Xəstəxanasını, yəni icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin rüşeym yaradılan xəstəxanalardan birini seçmişik. Görək icbari tibbi sığortanın tətbiqi ilkin olaraq necə olub, bu sistem burada necə yaranıb, informasiyalar necə ötürülüb. Çünki icbari tibbi sığortanın tətbiqi və əhatə dairəsi növbəti illərdə genişlənməkdədir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş rayon Mərkəzi Xəstəxanasında audit yoxlaması aparılır
12 noyabr 2021 15:40 (UTC +04:00)
Maliyyə
Dövlət müəssisə və təşkilatlarının itmiş və oğurlanmış vəsaitlərinin silinməsinə dair qayda sərtləşdirilib
19:38
24 aprel 2024
Gömrük xətti ilə büdcə daxilolmaları açıqlanıb
18:02
24 aprel 2024
Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib
16:21
24 aprel 2024
İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb
16:10
24 aprel 2024