IDB Azərbaycanda startap layihələrini maliyyələşdirə bilər

IDB Azərbaycanda startap layihələrini maliyyələşdirə bilər
# 17 iyul 2021 12:03 (UTC +04:00)

"EnterpriseAzerbaijan" portalının təşkilatçılığı ilə İslam İnkişaf Bankı (IDB) Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə regional rəhbəri Samir Tağıyev startapçılarla görüş keçirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı startapçılar layihələrini təqdim ediblər və investisiya cəlbi ilə bağlı müzakirələr aparılıb. Görüşdə daşınmaz əmlakı paylaşaraq kirayələməyə kömək edən rəqəmsal platforma, tibb xidmətlərinin onlayn sifarişi üçün platforma, elanların və oyunların alqı-satqısının yerləşdirilməsi üçün platforma, kimyəvi maddə az istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edən təmizlik texnologiyası, autizm xəstəliyi olan insanların bir-biri ilə ünsiyyət qurması və sosiallaşması üçün sosial şəbəkə kimi startap layihələri təqdim olunub.

Xatırladaq ki, "EnterpriseAzerbaijan.com" portalı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR