IDB-nin işğaldan azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 26 may 2021 15:55 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (Islamic Development Bank IDB) Prezidenti Bəndər Həccar və həmkarları ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə M. Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, IDB-nin işğaldan azad edilən ərazilərin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın IDB-ng 4 iyul 1992-ci il tarixində üzv qəbul edilib. Azərbaycan bankda 9,76 mln. ABŞ dolları (ümumi səhm kapitalının 0,13%-i) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

IDB ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıq çərçivəsində bankın prinsip və məqsədlərinə uyğun respublikada da bir sıra layihələr icra olunur. Belə ki, bank Azərbaycanda həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırır. Bir sıra hallarda isə kiçik qrantlar da təqdim edir. Keçən dövr ərzində IDB Azərbaycanda Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi, Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması, Mingəçevir SES-in yenidən qurulması, Vəlvələçay-Taxtakörpü kanalının tikintisi və “Cənub” İES-in tikintisi layihələrini maliyyələşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR