"Intel"in xalis mənfəəti 22% azalıb

"Intel"in xalis mənfəəti 22% azalıb
# 23 iyul 2021 10:09 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri olan ABŞ-ın "Intel" korporasiyasının xalis mənfəəti 22% azalaraq 8,422 mlrd. dollara təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Hesabat dövrübdə səhm üzrə seyrəltilmiş mənfəət 2,06 dollar olub, halbuki bir il əvvəl 2,50 dollara bərabər idi. Şirkətin gəliri 39,304 mlrd. dollar təşkil edib ki, bu da keçənilki göstəricidən 1% azdır.

Cari ilin II rübünün nəticələrinə görə, "Intel"in mənfəəti illik ifadədə 1%-dək azalaraq 5,061 mlrd. dollar təşkil edib. Hesabat dövründə hər səhm üzrə seyrəltilmiş mənfəət keçənilki 1,19 dollara qarşı 1,24 dollar olub. Korrektə edilmiş göstərici 1,07 dollar proqnoza qarşı 1,28 dollar təşkil edib. Şirkətin gəliri 19,631 mlrd. dollar (-0,5%) təşkil edib, korrektə edilmiş göstərici 17,8 mlrd. dollar proqnoza qarşı 18,533 mlrd. dollar olub.

III rübdə şirkət 19,1 mlrd. dollar həcmində gəlir və 1,08 dollar səhm üzrə mənfəət gözləyir. İllik proqnoz yaxşılaşdırılıb: gəlirlərin aprel ayındakı 77 mlrd. dollara qarşı 77,6 mlrd. dollar olacağı gözlənilir. "Intel" bu il səhm üzrə mənfəətin apreldəki gözlənilən 4 dollara qarşı 4,09 dollar olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-ın "Intel" korporasiyası 1968-ci ildə təsis olunub. Şirkət mikroprosessorlar daxil olmaqla geniş spektrdə elektron cihaz və kompüter komponentləri istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR