"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 14 iyun 2021 11:20 (UTC +04:00)

“InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerika Mərkəzi Bankının (FED) siyasətini sərtləşdirməyə başlaya biləcəyi proqnozları EURUSD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Hazırda 1.21$-a ticarət edilən avronun qiyməti, beləliklə, 1.20$-a kimi də düşə bilər.

FED-in yeni açıqlamaları isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da faiz qərarının dərc edilməsindən yarım saat sonra olacaq.

GBP

GBP-USD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.41$-a ticarət edilir və 1.40$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Bununla yanaşı, Şimali İrlandiya ilə sərhəd mövzusunda İngiltərə ilə Aİ arasında mübahisələrin həllinə dair danışıqlar da investorların diqqət mərkəzindədir.

TRY

TCMB-nin cümə axşamı saat 15:00-da yayımlanacaq faiz qərarı öncəsi lirədə bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, bankın qərarına kimi USD-TRY məzənnəsinin 8.30 – 8.50 TL aralığında dalğalanacağı ehtimal edilir.

OIL

Amerikada neft ehtiyatlarının azalması xəbərlərindən sonra “Brent”in qiyməti bahalaşmaqda davam edir. Hazırda 73$-ın üzərində ticarət edilən bir barel qiymət, 78$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

FED-in mümkün qərarına dair ehtimallar əlvan metallar bazarlarında qızılın da qiymətinə təsir etməkdədir. Belə ki, 1 855$-ın (59.6 $/qram) qırılması ilə 1 825$-a (58.7 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR