"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 27 sentyabr 2021 17:52 (UTC +04:00)

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonada iqtisadi və siyasi risklərin artması, EUR-USD məzənnəsinin də ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1,16$-a kimi davam edə bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.

GBP

GBP-USD məzənnəsi də 1,37$-ın altında ticarət edilir və beləliklə, 1,35$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Cümə axşamı saat 10:00-da da İngiltərədən iqtisadi inkişaf göstəricilərinin yayımlanması önəmli rol oynayacaq.

TRY

TCMB faizlərini aşağı salmağa başlaması ilə lirə daha da ucuzlaşıb. USD-TRY məzənnəsi hazırda 8,90TL-yə təklif edilir və bahalaşma davam edəcəyi təqdirdə növbəti səviyyələr 9,11TL ola bilər.

OIL

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 11 ayın maksimumuna yüksəlib və 84$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qızıl da ucuzlaşan aktivlər arasındadır və bir unsiya üzrə qiymət 1 768$-ın (56,9 $/qram) altında qaldıqca, 1 717$-a (55,2 $/qram) kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR