"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 04 oktyabr 2021 10:51 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR
Almaniyada hökümətin qurulması gecikdikcə, Avropada iqtisadi və siyasi qeyri-müəyyənliklər də artır. Bu, avronun da ucuzlaşmasına, dollara olan tələbin də artmasına səbəb olur. Təhlillərə əsasən, EUR-USD məzənnəsi 1.16$-ın altında qaldıqca, ucuzlaşma 1.14$-a kimi davam edə bilər. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarına dair önəmli fundamental göstəricilər də proqnozlara ciddi təsir edə bilər.

GBP
GBP-USD məzənnəsi də təzyiq altındadır, xüsusilə, təchizat zəncirində yaranan böhran iqtisadi riskləri də artırır. Beləliklə, funt sterlinq 1.35$-ı qırarsa, 1.33$-a kimi ucuzlaşa bilər.

TRY
TCMB-nin faizləri aşağı salmağa başlaması ilə USD-TRY məzənnəsi bir qədər artsa da, dinamika zəifləyib və bu, lirənin yenidən bahalaşmağa başlamasını proqnozlaşdırmağa əsas verir. Bunun üçün 8.81TL-nin aşağı qırılmasını gözləmək lazımdır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR