"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 11 oktyabr 2021 13:40 (UTC +04:00)

“InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonada ticarət və Almaniyadan sənaye dövriyyəsinə dair fundamental göstəricilərin zəif açıqlanması, avronun da ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, avro 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi ucuzlaşa bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da dərc ediləcək Almaniyada inkişaf perspektivlərini ölçən indeks üzrə proqnozlar da zəifləyib.

GBP

GBP-USD isə avrodan fərqli olaraq dəstək görməkdədir, xüsusilə, bahalaşan neft qiymətləri fonunda. Bu mənfi korrelasiya davam edəcəyi təqdirdə, funt sterlinq 1.37$-a kimi korreksiya edə bilər.

Çərşənbə axşamı saat 10:00-da İngiltərənin əmək bazarı ilə bağlı da önəmli fundamental göstəricilərin yayımlanması gözlənilir.

TRY

USD-TRY məzənnəsi üzrə bahalaşma dinamikası zəifləsə də davam etməkdədir və növbəti önəmli müqavimət səviyyəsi 9.24TL-dir.

OIL

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunda ticarət edilməkdədir və 85$-ın qırılması ilə 90$-a kimi də dəyər qazana bilər.

Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yenidən artmasına səbəb olur. Beləliklə, 1770$-ın (56.9$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1 800$-a (57.9$/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR