"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 18 oktyabr 2021 10:59 (UTC +04:00)

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada Avropa ilə müqayisədə monetar siyasətin sərtləşdirilməyə başlanılması EUR-USD məzənnəsini də təzyiq altında saxlayır. Təhlillərə əsasən, avro 1,16$-ın altında qaldıqca, 1,14$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da Avrozonada sənaye və xidmət sektorlarında biznes aktivliyini ölçən indeksin dərc edilməsi də investorların diqqət mərkəzindədir.

GBP

GBP-USD də 1,38$-a kimi korreksiya etdikdən sonra yenidən ucuzlaşmağa başlayıb. 1,37$-ın qırılması ilə funt sterlinq 1,35$-a kimi dəyər itirə bilər.

Cümə günü saat 12:30-da İngiltərədən də biznes aktivliyi indekslərin yayımlanması gözlənilir.

TRY

USD-TRY məzənnəsi də cümə axşamı saat 15:00-da TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi ucuzlaşmaqda davam edir. Hazırda 9,27TL-yə ticarət edilən məzənnə 9,50TL-yə kimi də yüksələ bilər.

OIL

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. 86$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Foreks bazarlarında dolların bahalaşması, qızılı da təzyiq altında saxlayır. Burada isə bir unsiya üzrə qiymət 1 737$-a (55,9$/qram) düşə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR