"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 25 oktyabr 2021 09:51 (UTC +04:00)

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

FED sədrinin cümə günü çıxışından sonra EUR-USD məzənnəsi yenidən bahalaşmağa başlayıb. ABŞ-da yüksək inflyasiya təchizat zəncirində ciddi problemlərlə əlaqədar olduğu üçün bunu monetar siyasətlə həll etmək mümkün deyildir və beləliklə, faiz artımına da gedilməyəcəkdir.

Təhlillərə əsasən, avro 1,18$-ın üzərinə kimi bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının önəmli mətbuat konfransı və cümə günü saat 13:00-da açıqlanacaq inflyasiya da diqqət mərkəzindədir.

GBP

GBP-USD də 1,37$-da dəstək görməyə başlayıb və 1,39$-a kimi bahalaşa bilər. Burada neft qiymətlərinin dəyər qazanması da önəmli rol oynayır.

TRY

TCMB-nin faizini 16%-ə saldıqdan sonra lirə əlavə 7% ucuzlaşıb. Hazırda USD-TRY məzənnəsi 9.80Tl-yə yaxın ticarət edilir və 10,30TL-yə kimi yüksələ bilər.

OIL

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. Beləliklə, 87$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Təchizat zəncirində vəziyyətin pisləşməsi, əmək bazarında yaxşılaşma proqnozlarının zəifləməsi və qışda infeksiyaların artması ehtimalları qızıla olan tələbi yenidən artırıb. 1 814$-ın (58,3$/qram) qırılması ilə bir unsiya qiymət 1 825$-a (58,7$/qram) kimi də dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb-saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR