"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 01 noyabr 2021 10:04 (UTC +04:00)

Avro və funt sternlinqdə yeni eniş dalğası, lirə də ucuzlaşa bilər

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa Mərkəzi Bankı inflyasiyanın yüksəlməkdə davam edəcəyinə baxmayaraq, yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlamasından sonra EUR-USD sürətlə ucuzlaşmağa başlayıb və trend 1,14$-a kimi davam edə bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaq.

GBP

GBP-USD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBP-USD kursu 1,36$-a kimi düşə bilər.

İngiltərə Mərkəzi Bankının cümə axşamı saat 16:00-da yayımlayacağı faiz qərarı da investorların diqqət mərkəzindədir.

TRY

USD-TRY məzənnəsi çərşənbə günü saat 11:00-da açıqlanacaq Türkiyədə inflyasiya göstəriciləri fonunda korreksiya etməkdədir. İnflyasiyada artım lirənin ucuzlaşmaqda davam etməsinə, düşüş isə bahalaşmasına səbəb ola bilər.

OIL

Neft ehtiyatlarında artıma dair məlumatların yayımlanmasından sonra Brent neftinin qiymətində korreksiya başlayıb və 82 dəstəyinin qırılması ilə bir barel qiymət 78$-a kimi geriləyə bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Foreks bazarlarında dolların bir ilin maksimumuna yüksələcəyi proqnozları qızıl qiymətini də təzyiq altında saxlayır. Təhlillər əsasən, bir unsiya qiymət 1 778$-ı (57,2$/qram) da qırarsa, ucuzlaşma 1 757$-a (56,5$/qram) kimi dərinləşə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR