"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 15 noyabr 2021 09:55 (UTC +04:00)

"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa Mərkəzi Bankı inflyasiyanın yüksəlməkdə davam edəcəyinə baxmayaraq, yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlamasından sonra EUR-USD sürətlə ucuzlaşmağa başlayıb və trend 1,13$-a kimi davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın pərakəndə satış dövriyyəsinə dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaq.

GBP

GBP-USD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korrektə də funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBP-USD kursu 1,32$-a kimi düşə bilər.

İngiltərədə çərşənbə axşamı günü Bakı vaxtı ilə saat 11:00-da işsizlik və çərşənbə günü inflyasiya göstəricilərin dərc edilməsi də önəmli olacaq.

TRY

USD-TRY məzənnəsi cümə axşamı saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarı fonunda yüksəlməkdə davam edir. Qeyd etmək lazımdır ki, ölkənin birinci bankının faizini 15%-ə azaltmaqda davam edəcəyi ehtimal edilir.

OIL

Enerji birjalarında "Brent" neftin qiymətində müşahidə edilən korrektəsinin 79$-dək dərinləşəcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Qlobal risklərin, xüsusilə qış aylarına doğru infeksiyaların artması xəbərləri güvənli liman maliyyə aləti kimi qızıla olan tələbi artırıb. Təhlillər əsasən, bir unsiya qiymət 1 870$-ı (60,1$/qram) da qırarsa, 1 927$-a (62$/qram) kimi yüksələ bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR