"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 06 dekabr 2021 10:14 (UTC +04:00)

“InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozonada əmək bazarında müsbət göstəricilər avroya dəstək olsa da inkişafa dair nikbinlik fonunda proqnozların düşdüyü müşahidə edilir. Bu, EUR-USD məzənnəsinin 1,14$ müqavimətini qırmasının qarşısını alır.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da Amerikada boş iş yerlərinin sayı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP

GBP-USD məzənnəsi də 1,33$ müqavimətin altında ticarət edilir. Təhlillərə əsasən, neft qiymətlərində bahalaşma sürətlənərsə və cümə günü saat 11:00-da istehsala dair göstəricilər müsbət açıqlanarsa, funt sterlinq də bahalaşa bilər.

TRY

Türkiyədə inflyasiyanın artmaqda davam etməsi, lirənin də ucuzlaşmasına səbəb olur. Beləliklə, hökümətin iqtisadi islahatların nəticələri özünü inflyasiyada da müsbət göstərərsə, lirədə sabitləşmə müşahidə edilə bilər. Buna kimi USD-TRY məzənnəsinin 16TL-yə kimi yüksəlməsi proqnozlaşdırılır.

OIL

Enerji birjalarında Brent neftinin bir barel qiyməti növbəti dəfə 69$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Trend 74 və 79$-a kimi davam edə bilər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət isə növbəti dəstəyini 1 766$-da (56.8$/qram) görüb və 1 845$-a (59,3$/qram) kimi dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR