“Hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur: “Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.
İqtisadiyyat naziri: “Azərbaycan yeni iqtisadi dövrə qədəm qoyur”
© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri
16 noyabr 2021 11:56 (UTC +04:00)
Maliyyə
Dövlət müəssisə və təşkilatlarının itmiş və oğurlanmış vəsaitlərinin silinməsinə dair qayda sərtləşdirilib
19:38
24 aprel 2024
Gömrük xətti ilə büdcə daxilolmaları açıqlanıb
18:02
24 aprel 2024
Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib
16:21
24 aprel 2024
İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb
16:10
24 aprel 2024