İqtisadiyyat naziri: “Keçid layihələri ilə bağlı problemi bilirik”

Mikayıl Cabbarov, iqtisadiyyat naziri

© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri

# 10 noyabr 2021 15:28 (UTC +04:00)

“Azərbaycan respublikası vergi yükünə görə Avropa ölkələri ilə müqayisədə daha aşağı, Qazaxıstan, Rusiya, Gürcüstan kimi ölkələrlə müqayisədə daha yuxarıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu da ölkələrin yürütdüyü siyasətlə bağlıdır: “Keçid layihələri ilə bağlı problemi biz bilirik. 2019-cu ilin dekabrında Vüqar Gülməmmədovla bu məsələni müzakirə etmişəm. Bu gün biz keçid layihələrinin bizə yaratdığı problemi geniş şəkildə araşdırılır. Bu problemin kökü dərindir. Devalvasiya dövründə də bəzi sahələrə maliyyə ayrılmasının dayandırılması və digər məsələləri də qeyd etmək olar. Əsas prioritet ondan ibarətdir ki, ilk olaraq başlanmış layihələrin başa çatdırılmasına nail olunmalıdır. Amma bizim yeni layihələrə başlamamağımz mümkün deyil. Amma çalışırıq ki, bu sistemə keçək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR