İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb, yarımçıq qalmış tikililərin monitorinqi aparılacaq 

İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb, yarımçıq qalmış tikililərin monitorinqi aparılacaq 
# 23 noyabr 2021 15:48 (UTC +04:00)

“Yarımçıq qalmış tikililərlə bağlı problemlər var. Kifayət qədər keçid layihələri mövcuddur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsaitlər hər il azalmaqla təsdiq edilir: “Bununla əlaqədar İqtisadiyyat Nazirliyində geniş tərkibdə işçi qrupu yaradılıb. Dövlət investisiya proqramlarının tərtibi yenidən işlənəcək. Bu qrup tərəfindən bütün yarımçıq qalmış tikililərin monitorinqi aparılacaq və müvafiq təkliflər hazırlanacaq. Bu tikililərin sadəcə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmur. Özəlləşdirmə və s. kimi təkliflər də nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR