İşğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri tətbiq oluna bilər

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 27 oktyabr 2021 10:50 (UTC +04:00)

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sənaye zonalarının investisiya cəlbediciliyini artırmaq üçün vergi və gömrük təşviqi tətbiq edilir.

"Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inə əsasən, Azərbaycanın 2022-2026-cı illər üzrə ortamüddətli strateji inkişaf strategiyası hazırlanır. Biz gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, insan kapitalının inkişafına, turizm sahəsi üzrə, informasiya və kommunikasiya texnologiyalarına və işğaldan azad olunmuş ərazilərdə vergi güzəştlərinin verilməsi məsələsinə də baxırıq", - deyə M. Cabbarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR