İtaliyada yoxsulluq rekord səviyyəyə çatıb

İtaliyada yoxsulluq rekord səviyyəyə çatıb
# 16 iyun 2021 14:49 (UTC +04:00)

Ötən il İtaliyada mütləq yoxsulluqda (həddindən artıq yoxsulluq) yaşayanların sayı (ölkənin bölgəsindən asılı olaraq adambaşına düşən aylıq gəlirin 569,56 avrodan 839,78 avroyadək olması) bu cür statistikanın aparılmasına başladığı 2005-ci ildən bəri ən yüksək həddə.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun açıqlamasında deyilir.

2020-ci ildə İtaliyada mütləq yoxsulluq şəraitində 5,6 milyondan çox insan (ümumi əhali sayının 9,4%-i) və 2 milyondan çox ailə (7,7%) var idi. Bu, 2019-cu ilin göstəricilərindən müvafiq olaraq 1,7 faiz bəndi və 1,3 faiz bəndi çoxdur.

İtaliyada nisbi yoxsulluq (ikinəfərlik ailənin xərcinin 1 001,86 avrodan az olması) şəraitində yaşayan ailələrin sayı isə ötən il 2,6 milyondan çox olub ki, bu da 2019-cu ilin göstəricisindən 1,3 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR