İyulda Azərbaycanın bank sektorunun xalis mənfəəti iki dəfədən çox azalıb - CƏDVƏL

İyulda Azərbaycanın bank sektorunun xalis mənfəəti iki dəfədən çox azalıb - CƏDVƏL
# 25 avqust 2021 16:14 (UTC +04:00)

2021-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun iştirakçıları 42,6 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.

"APA-Economics"in hesablamalarına görə, bu göstərici iyun ayı ilə müqayisədə 2,2 dəfə azdır.

Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, iyul ayında bankların xalis faiz gəlirləri 1,2% azalaraq 127,5 mln. manat təşkil edib, xalis qeyri-faiz zərəri isə 45,9% artaraq 55,3 mln. manat təşkil edib. Beləlikə iyul ayında bank sektorunun əməliyyat mənfəəti 72,3 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 20,7% azdır.

Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 20,5 mln. manat artırılaraq 94 mln. manata çatdırılıb, mənfəətdən vergilər isə 25,4% azalaraq 9,1 mln. manat təşkil edib.

Göstəricilər, mln. manat

İyul

Aylıq dinamika

Xalis faiz gəliri

127,5

-1,2%

Xalis qeyri-faiz zərəri

55,3

45,9%

Əməliyyat mənfəəti

72,3

-20,7%

Digər gəlirlər

0

0%

Ehtiyat ayırmalar (xərclər)*

20,5

iyunda (14)

Mənfəətdən vergilər

9,1

-25,4%

Xalis mənfəət

42,6

-2,2 dəfə

*Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR