“Kapital Bank” 2021-ci ilin ikinci rübünün nəticələrini açıqlayıb

“Kapital Bank” 2021-ci ilin ikinci rübünün nəticələrini açıqlayıb
# 26 iyul 2021 11:46 (UTC +04:00)

“Kapital Bank”-ın aktivləri 1 iyul 2021-ci il tarixinə 5,7 mlrd. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 mlrd. manat olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankda müştəri depozitlərinin həcmi 1 iyul 2021-ci il tarixinə 4,4 mlrd.manat olub. Bankın 1 iyul 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 588 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR