"Kapital Bank" III rübün maliyyə nəticələrini açıqlayıb

"Kapital Bank" III rübün maliyyə nəticələrini açıqlayıb
# 18 oktyabr 2021 10:45 (UTC +04:00)

"Kapital Bank" 2021-ci ilin III rübünün maliyyə nəticələrini açıqlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Kapital Bank"ın aktivləri 1 oktyabr 2021-ci il tarixinə 5,9 mlrd. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,5 mlrd. manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2021-ci il tarixinə 4,6 mlrd. manat olub.

Bankın 1 oktyabr 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 662 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank" "Moody’s" və "Standard & Poor’s" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir.

Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR