"Kapital Bank" yeni ev alanlara "Hədiyyə sertifikatı" təqdim edir

"Kapital Bank" yeni ev alanlara "Hədiyyə sertifikatı" təqdim edir
# 23 sentyabr 2021 15:25 (UTC +04:00)

“Kapital Bank” daxili ipoteka ilə ev alan müştərilərə “Hədiyyə sertifikatı” təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu sertifikat vasitəsilə yeni evin təmiri üçün lazım olan materialları və eyni zamanda zəruri olan bütün ev əşyalarını, həmçinin xidmətləri partnyor mağazalarından endirimli qiymətlərlə əldə etmək olar. Bütün bunlarla yanaşı 166 yükdaşıma şirkətinin xidmətlərindən də yararlanmaq mümkündür.

Məlumat üçün bildirək ki, ev almaq arzusunda olanlar artıq illik 8%-dən başlayaraq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən daxili ipoteka kreditindən bəhrələnə bilərlər. İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 1 ildən 20 ilədək təşkil edir. “Kapital Bank” ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.

Qeyd edək ki, minimal ilkin ödəniş 20%-dən başlayır. İpoteka krediti verildikdə əksər proseslər əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 “WhatsApp” nömrəsinə ünvanlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR