“Kapital Bank”la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkündür

“Kapital Bank”la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkündür
# 20 avqust 2021 10:37 (UTC +04:00)

“Kapital Bank”ın müştəriləri Visa şirkəti ilə birgə keçirilən yeni kampaniya çərçivəsində Visa kartlarına komissiyasız köçürmələr edə bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın istənilən kanalları vasitəsilə xaricdəki Visa kartına köçürmə həyata keçirdikdə komissiya geri qayıdacaq.

Şərtlərə əsasən, köçürmə komissiyası müştəridən çıxılacaq və köçürmə edilən və ya alınan müvafiq ay bitdikdən sonra 21 iş günü ərzində bank tərəfindən geri ödəniləcək. 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində maksimum keşbek məbləği 5 manat təşkil edə bilər. Ətraflı məlumat üçün: https://kbl.az/vxkk.

Qeyd edək ki, Visa kartlarını “Kapital Bank” filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR