KOBİA sədri: "Azərbaycanın beynəlxalq səviyyədə investisiya imici yüksəlib"

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 27 oktyabr 2021 10:59 (UTC +04:00)

Birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə kəskinləşib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, xarici investisiyalar ölkəyə təkcə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir.

"Mütəxəssislərin rəyinə əsasən, avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyllər olacaq. Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilib və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib", - deyə O . Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR