Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşib

#

© APA | Mərkəzi Bankın binası

# 13:02
8 iyun 2021

Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR