Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir

Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir
# 27 may 2021 16:45 (UTC +04:00)

Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR