Lirə manata nisbətdə bu il 20% ucuzlaşıb

Lirə manata nisbətdə bu il 20% ucuzlaşıb
# 18 oktyabr 2021 10:06 (UTC +04:00)

Oktyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,8% azalaraq 0,1834 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) göstəriciləri əsasında apardığı hesablamalarına görə, ilin əvvəlindən lirə manata nisbətdə 19,9% dəyər itirib.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.

Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 9,2159 lirəyə bərabərdir.

AMB-nin rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,4526 lirə təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR