Maliyyə naziri: “Beynəlxalq standartlarla bizim standartlarımız arasında fərqlər var”

Samir Şərifov

© APA | Samir Şərifov

# 23 noyabr 2021 16:32 (UTC +04:00)

“Hesablama Palatasının dövlət büdcəsinə rəyinə münasibətimizi müvafiq məktubla bildirəcəyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bizim standartlarımızın beynəlxalq standartlarla eynilik təşkil etməsi üçün işlər görülür: “Bu istiqamətdə işlər nəzarətdə saxlanılır. Amma hazırda beynəlxalq standartlarla bizim standartlarımız arasında fərqlər mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR