Maliyyə naziri büdcə xərclərinin böyük hissəsinin 4-cü rübün payına düşməsinə aydınlıq gətirib

Maliyyə naziri büdcə xərclərinin böyük hissəsinin 4-cü rübün payına düşməsinə aydınlıq gətirib

© APA | Samir Şərifov

# 08 iyun 2021 12:57 (UTC +04:00)

“Artıq 2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, ekologiya və təhsil sahəsində ortamüddətli xərclərin pilot layihə kimi tətbiqi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dövlət satınalmaları haqqında qanunun təkmilləşdirilməsi təklif edilir: “Müvafiq yeni qanun layihəsi Milli Məclisdə müzakirə edilib. Bu, müəyyən ziddiyyətlərin aradan qaldırılmasına xidmət edəcək. Bir sıra deputatlar xərclərin böyük hissəsinin 4-cü rübdə çox olmasını gündəmə gətirir. Əvvəllər də bununla bağlı müəyyən açıqlamalar vermişik. Bizim büdcə təqvimimizin müəyyən xüsusiyyətləri var. İlin 1-ci rübündə bizim uzunmüddətli bayramlarımız olur - Yeni il, Novruz bayramı. Fevral ayı da qısa aydır. Ona görə də 1-ci rübdə icra faizi aşağı olur. 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı avqust ayında dürüstləşmələr aparmaqla bağlı qərar qəbul etdik. Belə hallar xərclərin daha çox 3 və 4-cü rüblərə yüklənməsinə səbəb olur. Burada hər hansı qeyri-adi proseslər baş vermir. İlin sonunda - 4-cü rübdə bizdə müəyyən mükafatlar verilir. Digər tərəfdən, satınalma prosesi vaxt aparır. İlin əvvəlində satınalma başlayır, ilin sonunda maliyyələşir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR