Maliyyə naziri dövlət müəssisələrinin özəlləşdirilməsi təklifinə münasibət bildirib

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 10 noyabr 2021 15:13 (UTC +04:00)

“İqtisadiyyat Nazirliyində özəlləşdirmə ilə bağlı işlər getməkdədir ”
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, burada balansın qorunması əsas şərtdir: “İnvestisiya Fondunun yaradılması nəticəsində dövlət müəssisələrində şəffaflıq daha da artırılacaq. Bu da dövlət büdcəsinə daha böyük məbləğlərdə dividentlərin yaradılmasına imkan yaradacaq”.
Qeyd edək ki, müzakirələr zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR