Maliyyə naziri: “Dövlət zəmanəti ilə borclanmanın məbləği 18,7 milyard manat təşkil edir”

Maliyyə naziri: “Dövlət zəmanəti ilə borclanmanın məbləği 18,7 milyard manat təşkil edir”
# 10 noyabr 2021 14:57 (UTC +04:00)

“Dövlət zəmanəti ilə borclanmanın məbləği 18,7 milyard manat təşkil edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bunlardan biri “Aqrarkredit” QSC-nin istiqrazlarının Mərkəzi Bank tərəfindən alınması ilə əlaqədardır: “Yəni bu istiqrazlara dövlət zəmanət verir. Böyük həcmdə borc budur. Birincisi borc çox uzun müddət üçündür. Borcun faiz dərəcələri 0,5 % həcmindədir. Bu borc bizim üçün fiskal dayanıqlılığa təhdid törətmir. Bu gün bu borc 9,5 milyard manat həcmindədir. İkincisi Cənub Qaz Dəhlizinin borclanması ilə bağlı dövlət zəmanəti verilib. Boru kəməri artıq tikilib, istifadə edilir. Bu borca xidmət göstərməsi ilə bağlı hər hansı problemlə üzləşmirik. Digər istiqamətlər Əmanətlərin Sığortalanması Fonduna verilən zəmanətdir. Bu, 8 milyarddan çoxdur. Dövlət həmin Fond tərəfindən bankların əmanətçilərinə pulların qaytarılmasını təmin edib. Digər böyük məbləğdə Dövlət Neft Şirkətinin bəzi layihələrinin həyata keçirilməsi, Azərbaycan Dəmir Yolları, “Azərenerji”nin birlikdə dövlət zəmanəti borcu ilə bağlıdır. Bu, təxminən 2 milyard manatdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR