Mariya Antuanettanın brilyantları və Kobi Brayantın krossovkaları hərraca çıxarılıb

Mariya Antuanettanın brilyantları və Kobi Brayantın krossovkaları hərraca çıxarılıb
# 08 noyabr 2021 11:09 (UTC +04:00)

Cenevrədə payız ticarət mövsümü start götürür. "Sotheby's" hərrac evi əfsanəvi amerikalı basketbolçu Kobi Brayantın idman ayaqqabılarını satışa çıxaracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Associated Press" yazır.

Mavi, ağ və qızılı rəngli "Nike Air" idman ayaqqabılarının 38 min dollaradək olan bir məbləğə satılacağı gözlənilir. 2020-ci ilin yanvarında helikopter qəzasında dünyasını dəyişən məşhur basketbolçu məhz həmin krossovkalarda "Lakers" klubu ilə birlikdə 2004-cü ilin martında "Los Angeles Clippers"i məğlub edib.

Öz növbəsində, "Christie's" hərrac evi Fransa kraliçası Mariya Antuanettaya məxsus XVIII əsrə aid brilyant bilərziklərini satışa çıxaracaq. Bu, Kral XVI Lüdovikin həyat yoldaşına məxsus olan və satışa çıxarılan zərgərlik məmulatlarından biridir. Hərrac evi bildirir ki, Mariya Antuanetta brilyantları inqilabın hökm sürdüyü Fransadan kənara çıxarmaq ümidi ilə şəxsən bir bağlamaya qoyub. "Christie's"ə görə, zinət əşyaları Fransa kraliçası Mariya Terezanın qızının ixtiyarına keçib. Nəticədə, fransız monarxlarının sağ qalan qohumlarının xətti boyunca qolbaqlar bu günə qədər salamat qalıb.

İlkin hesablamalara görə, brilyant bilərziklər 4,38 mln. dollara qədər olan bir məbləğə satıla bilər. Gümüş və qızıldan hazırlanan hər bir qolbağın çəkisi 97 qramdır, qolbaqlar brilyant qaşlarla bəzədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR