Mebel və məişət texnikasının ödənişsiz qaydada satışına dair tələb müəyyənləşir

Mebel və məişət texnikasının ödənişsiz qaydada satışına dair tələb müəyyənləşir
# 03 noyabr 2021 14:45 (UTC +04:00)

Mebellərin və məişət texnikasının satışı istisna olmaqla, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 2 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində 10 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR