Məbləği 3 min manatdan artıq olan uduşlar və ödənişlər yalnız nağdsız qaydada ödəniləcək

Məbləği 3 min manatdan artıq olan uduşlar və ödənişlər yalnız nağdsız qaydada ödəniləcək
# 03 noyabr 2021 15:03 (UTC +04:00)

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (qoyuluşları) yalnız nağdsız qaydada həyata keçirilə biləcək
APA-nın məlumatına görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR