Mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə dövlət rüsumu tutulacaq

Mədəni sərvətlərin ixracına şəhadətnamə verilməsinə görə dövlət rüsumu tutulacaq
# 01 noyabr 2021 11:07 (UTC +04:00)

Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq.

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni – 18.78-ci maddəyə əsasən, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR